“Qızıl medal qazanmaq istəyirdim, lakin gümüş də pis nəticə deyil”.
Presssport.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
“İdman həyatımdır və yüksək nəticələr qazanmaq üçün mütəmadi olaraq əzmlə çalışıram. Digər tərəfdən çoxdandır taekvondoda olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu mən bacardım. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Taekvondo Federasiyası bu idman növünün inkişafı üçün əlindən gələni edir (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC