Tahir Gözəl gözəl qələbəni incələdi, Qurban Qurbanovun məharətindən danışdı: "Həmin əzəmətlə getsək, "Dinamo"yla dueli də qazanacağıq"

“Qələbəylə bağlı fikrimə başlamazdan öncə bütün xalqımızı, azarkeşlərimizi ürəkdən təbrik edirəm. Möhtəşəm, tarixi bir qələbə idi.  Matç hamımız üçün çox stresli, çox gərgin keçdi. Bu gün iradə günü idu".

Bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Presssport.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunda verdiyi açıqlamada Bolqarıstanda "Ludoqorets"ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının III təsnifat nərhələsinin cavab oyunu ilə bağlı deyib.

Klub rəhbəri bu qələbədə fiziki hazırlığın böyük rol oynadığını hesab edir: “Məncə, bu gözəl qələbənin əsas özəllliyi bu idi ki, 120 dəqiqə oynadıq. Taktiki cəhətdən oyunu bir kənara buraxaq, burda Qurban hocanın məharəti özünü göstərirdi. Fikrimcə, “Bayer”lə oynadığımız oyunun, orda qazandığımız təcrübəni burda gördük. Bilirsiniz ki, səfərdə son 30 dəqiqədə rəqibin fiziki ölaanda güclü olması üzündən 3-4 qol “yedik”. Burda isə məhz 120 dəqiqədə oynamağımızın nəticəsində bu yerə gəlib çatdıq. Komandamı ona görə təbrik edirəm ki, bu taktiki məsələnin içində fiziki cəhətdən də bu qədər güclü komanda yaratmaq doğrudan da Azərbaycan üçün bir ilkdi. Taktika də önəmlidi, amma fiziki planda güclü olmaqla 120 dəqiqədə oynamaqla bunu qazandıq. Bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümunəsi idi. Bu məqamda baş məşqçimizə belə bir fiziki gücdə olan komanda formalaşdırdığı üçün bir daha təşəkkür etmək istəyirəm. Hətta belə bir an oldu ki, rəqib oyunçuları özlərini yerlər sərirdi, mübarizəyə tab, davam gətirə bilmirdi. Amma ”Qarabağ" daim oynayırdı böyük bir əzəmətlə. Möhtəşəm bir qələbə idi. Bu qarşılaşmada sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük və sizə deyim ki, yeni, maraqlı təcrübə qazandıq".

Səfərdə 4-ü əlavə vaxtda olmaqla 7 qol vuraraq qalib gəlməkl dünya futbolunda nadir hallarda olur. Bununla tam razılaşan Gözəl italiyalı referin idarəçiliyinə də toxunub: “Hətta belə deyim ki, baş hakim də fikrimizcə, ideal bir performans göstərmirdi. Bu, həqiqətən belə idi. Amma buna baxmayaraq, sonadək duruş gətirdik və ancaq Qurban hocamı, komandamı, sizləri, Vətənimi təbrik edə bilərəm”.

Gözəlin fikrincə, “Ludoqorest”dən aldığımız qisası növbəti rəqib olan Zaqreb "Dinamo"suna mesaj kimi qiymətləndirmək olmaz: "Gəlin, belə deyək ki, öz oyunun özünə görə çətinliyi var. Bu qələbə ruhu bizimlə qalmalıdı. Əlbəttə, bizə özgüvəni artırmalıdı. Amma “Dinamo” özü də böyük komanda olduğundan çox ciddi hazırlaşmalıyıq. Mübarizəyə yenə sıfırdan başlayırıq. Elə bil ki heç nə yoxdu. Həmin əzəmətlə getsək, inşallah, qarşıdakı turu da qazanacağıq. Əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bir daha sübut etdik ki, birgə hər zaman uğura imza atmaq mümkündü. Bu yolda heç nə bizi dayandıra bilməz!"

Xatırladaq ki, "Qarabağ" pley-offda Xorvatiya çempionuyla ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC