Kurban Berdıyev Mahaçqalanın "Dinamo" klubunun baş məşqçi vəzifəsindən ayrılıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Onun öz istəyi ilə klubdan istefa verdiyi qeyd olunur.
Rusiya mətbuatının yazdığı xəbərə görə, 71 yaşlı türkmənistanlı mütəxəssis bu gün futbolçularla vidalaşacaq.
Berdıyevin bundan sonra Azərbaycanda çalışacağı deyilir.
Təcrübəli mütəxəssis "Dinamo"ya 2023-cü ilin yayından başçılıq edirdi. Hazırda komanda Rusiya I Liqada liderdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC