Murad Musayevin istefadan sonra ilk açıqlaması: "Düşündüm ki, qərarım kluba və mənə fayda verəcək"

Bu gün “Sabah”ın sabiq baş məşqçisi vəzifəsindən istefa verən Murad Musayev klubdan ayrılması barədə danışıb.

Presssport.az xəbər verir ki, rusiyalı mütəxəssis öz ölkəsinin mətbuatına açıqlamasında klub rəhbərliyi ilə aralarında problem olmadığını söyləyib: “Mətbuatda yazıldı ki, rəhbərliklə münaqişə yaşamışam. Klub rəhbərliyi ilə əla münasibətim var. Hətta münasibətlərimizin ideal olduğunu deyə bilərəm. "Sabah"da keçirdiyim hər gün rəhbərliyin dəstəyini hiss edirdim. “Sabah”a gəlməzdən əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. “Sabah”ın rəhbərliyi haqqında uzun müddət danışa bilərəm. Onlar barədə deyəcəklərim yalnız müsbət sözlər olar”.

Murad Oleqoviçin fikrincə, son iki mövsümdə paytaxt təmsilçisinin kifayət qədər parlaq oyun gpstərib və yaxşı nəticələr qazanıb: "Komandanın çoxlu qələbəsi olub. İndi həvəsi itirmişik. Çempionatda 3-cü pillədəki komanda ilə 5 xallıq fərqimiz var. Avrokuboklara vəsiqə əldə etmək və mövsümü yaxşı bitirmək üçün bütün şərtlər var. Bu, çətin qərardır. Amma düşündüm ki, hamıya - kluba və mənə fayda verəcək".

 

"Report" xəbər verir ki, bunu "Sabah" komandasından ayrılan baş məşqçi Murad Musayev ölkəsinin "Championat" nəşrinə açıqlamasında deyib.

 

Xatırladaq ki, 41 yaşlı Musayev 2021-ci ilin noyabrından çalışdırdığı "Sabah"dan öz istəyilə ayrılıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC