Misli Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri dəyişdirilib.
Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Paytaxt təmsilçisi “Neftçi Arena”da ot örtüyünün yararsız hala düşməsi və stadionda aparılan bərpa işləri ilə əlaqədar PFL-ə müraciət edib.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq.
Bundan əlavə, V turun "Neftçi" - "Şamaxı" oyunu ilə XIII turun “Şamaxı” – “Neftçi” matçının yeri dəyişdirilib. Qeyd olunan dəyişiklik klubların əvəzedici heyətlərinin oyununa şamil edilmir.
“Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri 7-ci turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.
Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü avqustun 18-də saat 20:30-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC