Taekvondo üzrə Azərbaycan millisinin 11 üzvü Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək G2 kateqoriyalı yarışda iştirak edəcək.
Presssport.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız Fujeyrada təşkil olunacaq beynəlxalq turnirə 5 kişi, 6 qadın taekvondoçu ilə qatılacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Harçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) şans verəcəklər.
Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.
Fevralın 2-də səfərə yollanacaq komandaya ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.
Qeyd edək ki, yığma Bakıya fevralın 5-də qayıdacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC