"Osiyek" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Zirə"nin qonağı olacaq.
Presssport.az xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Koppitelli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyundan sonra keçirilən mətbuat konfransında demisiz ki, "Zirə" bizə qol vura bilməzdi. Niyə belə demişdiz? Siz çox üstün oynamışdız?
- Mən o mənada deməmişdim. Kontesktdən çıxarılmış fikirdir. Bizimlə oyunda "Zirə"nin şansları yox idi. Bu da bizim müdafiə strategiyamızın işləməsi ilə əlaqədar idi. Yoxsa, "Zirə"nin gücü də var.
- Meydançanın ot örtüyü barədə hansı fikirdəsiz? Oynamaq mümkün olacaq?
- İstənilən meydançaya öyrəşməliyik. Bizim meydança ilə bunun arasında fərq var. Çox da incələyə bilməmişik. Adaptasiya olmağa çalışacağıq.
- Erməni futbolçunuz Styopa Mkrtçyanın Bakıya gəlməməsi komandanız üçün nə dərəcədə itkidir?
- Onun olmaması böyük itkidir. Sabahkı oyunda iştirak etməməsinin səbəbi isə zədə, cəza deyil.
- "Zirə"nin heyətində italiyalı futbolçu Pyer Zebli çıxış edir. Onu tanıyırsız?
- Tanıyıram. "Peruca"da, "Genk"də oynayıb. Yaxşı futbolçudur. Ona uğurlu karyera arzulayıram. Amma sabahkı oyunda yox, ondan sonrakı matçlarda.
- Əlavə vaxta və penaltilərə hazırsız?
- Əlbəttə ki, hazırıq. Əlavə vaxt və penaltilər seriyasının olması ehtimaldır. Olarsa, ona uyğun çıxış edərik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC