Ramiz Məmmədov ad günü keçirməyi qəti xoşlamır: "Doğum günümdə İranda da, Qazaxıstanda da məni mükafatlandırıblar"

“Ad günü keçirməyi qəti xoşlamıram. Adətimizdə yoxdu ümumiyyətlə. Doğum gününü qeyd etməyi sevmirəm. Bu yaşda özümü normal hiss edirəm. Şükürlər olsun Allaha ki, belədi. Hələ ki ağrıdan-acıdan uzağıq". 

Bu fikirləri Presssport.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Ramiz Məmmədov deyib.

Bu gün ad günü olan veteran müdafiəçinin 56 yaşı tamam olur. Səbəbkar ad günlərində onun üçün futbol planında adətən uğurla olduğunu vurğulayıb: “Bilirəm ki, ad günlərim olan oyunlarımızın çoxunda qələbə qazanmışıq. Yəni, məyus olmamışıq, Allah bizi məyus eləməyib. Xaricdə oynayanda, işləyəndə ad günlərimdə çox qiymətli hədiyyələr olub. Bu, İranda da olub, Qazaxıstanda da. Bir futbolçu, bir baş məşqçi üçün qiymətli hədiyyələr olub. Mingəçevirdə də klubumuzun rəhmətlik prezidenti Məmmədrahim müəllimdən ad günü münasibətilə yüksək diqqətini görmüşəm. Baş məşqçisi olduğum ”Atırau"nun prezidenti çox alicənab insan idi. Sağ olsunar, hər biri məni mükafatlandırıb".

Məmmədov futbol həyatından razı olduğunu gizlətməyib: “Əlbəttə ki, belədi. Qismətimizdi, şükür Allaha ki, hər şey qaydasındadı. Bu günə şükür edən insanlarıq. Çox şükürlər olsun Tanrıya, həyatımızdan narazı deyilik”.

Həmsöhbətimiz məhsuldar müdafiəçilərdən olub və bu göstəricidə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısında yer alıb. Belə ki, bu qurumun hesablamalarına əsasən, Məmmədov 1992-2005-ci i illər ərzində keçirdiyi 285 oyunda 64 qol vurmaqla dünyanın ən çox qol vuran 33-cü futbolçusu olub. Həmyerlimiz bu siyahıda rumıniyalı George Popesku, alman Andreas Breme, braziliyalı Roberto Karlos, fransalı Frank Leböf, italiyalı Cyankinto Faşetti kimi məşhur futbolçuları qabaqlayıb: "Düzdür, keçmişi unutmaq olmaz. Ama həyatda hər zaman irəliyə baxmağı xoşlamışam. Dediyiniz şey mənə görə geridə qalan tarixdi, hamısı keçmişdə qalıb Ancaq irəli baxmağı sevirəm. İrəliyə baxanda özümə və əzizlərimə yalnız can sağalığı arzulayıram - başqa heç nə! Həyatda ancaq can sağlığı istəyirəm. İşlərində uğurların olmağını isə Allah verir".

Xatırladaq ki, Məmmədov futbolçu karyerası ərzində Vətəndə Avtomobilçi", “Kür-Nur” (hər ikisi Mingəçevir), “Qarabağ”, "Dinamo" (Bakı), “Kəpəz”, “Neftçi”, “Şəfa”, “Turan”, İranda “Peykan”, “Pegah”da çıxış edib. O, millimizin heyətində keçirdiyi 20 matçda 4 qola aimza atıb. Keçmiş futboçu “Qarabağ”la 1997-ci ildə Azərbaycan çempionatı, 2000 və 2001-ci illərdə müvafiq olaraq “Kəpəz” və "Şəfa"yla Azərbaycan kubokunun qalibi olub. O, gəncəlilərlə 24 il əvvəl eyni zamnada gümüş medalçı olub. 2004-cü ildə futbolçu karyerasını zədə üzündən bitirməli olan Məmmədov bundan 2 il sonra məşqçiliyə başlayıb. Onun burdakı karyerası daha çox həm “Gilan”, həm də sonradan "Qəbələ" adlanan klubda olub. Məmmədov İranda "Damaşı", Qazaxıstanda "Atırau"nu çalışdırıb. O, “Keşlə"də baş məşqçi əvəzi və idman direktoru olub. Bu klub "Şamaxı” adlanandan sonra isə keçən mövsüm onun baş məşqçisi kimi I Liqada çempion edərək Premyer Lİqaya qaytarıb, bundan sonra isə İdarə Heyətində sədr müavini kimi çalışır. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC