"Qarabağ" daha bir əcnəbi qapıçı transfer etdi

“Qarabağ” növbəti transferini reallaşdırıb.

Presssport.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.

Klubla 24 yaşlı polşalı qolkiper arasında "3+1" illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya"da (Varşava) forma geyinib.

Onu da bildirık ki, Mateuş bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

Xatırladaq ki, "Qarabağ" yay fasiləsində xorvatiyalı qapıçı Fabian Buntiçi transfer edib. Ağdma klubun qaytardığı millimizin üzvü Şahruddin Məhəmmədiliyev isə əlindən zədə alaraq uzun müddətə sıradan çıxıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC