Bu gün Bakıda yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyası keçirilib. Presssport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək çövkənin Azərbaycan üçün böyük önəm kəsb etdiyini söyləyiblər.
Baş Assambleyanın iclasında Federasiyanın nizamnaməsi və çövkən qaydalarına baxılıb, komitələr və regional qrupların yaradılması, iştirakçı dövlətlərdə çövkənin inkişafı ilə əlaqədar müzakirələr aparılıb.
İclasda keçirilmiş seçkilərdə Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Maciej Miçel Olbriç isə baş katib seçilib.
Baş Assambleyanın sabah keçiriləcək yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC