"Kəpəz"ə azarkeşlərinin söyüşlərinə, "Araz-Naxçıvan"a tablonun işləməməsinə gröə xəbərdarlıq edilib

AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb.

Presssport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Belə ki, Misli Premyer Liqasının II turunda baş tutan “Qarabağ” - “Kəpəz” görüşündə qonaqların futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulduğuna görə növbəti turu buraxmalı olacaq. Onu klubu isə 500 manat cərimələnib. Həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz” 700 manat cərimələnib.

Bundan əlavə, AFFA Gəncə təmsilçisinə oyununun 89-cu dəqiqəsində azarkeşlər tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə xəbərdarlıq edib.

II turun “Araz-Naxçıvan” - “Şamaxı” matçında isə hesab tablosu işləmədiyinə görə Naxçıvan klubu 500 manat cərimələnib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC