"Səbail"in əvəzedici komandası texniki məğlubiyyətlə (0:3) cəzalandırılıb.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Bu cəzaya “Səbail-2”nin Əvəzedicilər Liqasının I turunda "Zirə-2" ilə oyunda limiti pozması səbəb olub. Klub texniki məğlubyyətlə yanaşı, 400 manat cərimələnib.
Xatırladaq ki, avqustun 5-də baş tutan həmin görüş "Səbail-2"nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC