Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.
Presssport.az xəbər verir ki, 27 yaşlı hakimimiz Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasını idarə edəcək.
Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Onu da bildirək ki, RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC