İrlandiyanın "Sent-Patriks Atletik" klubu Konfrans Liqası III təsnifat mərhələsinin cavab matçında "Sabah"ı 1:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Pressport.az xəbər verir ki, Dublin təmsilçisinin irlandiyalı baş məşqçisi Stefan Kenni matçdan sonra keçirilən mətbuat konfransında futbolçularıyla fəxr etdiyini açıqlayıb: "Favorit hesab edilmirdik. “Sabah”ın heyətində kifayət qədər keyfiyyətli oyunçular var. Buna baxmayaraq, iki oyunda da qələbə qazandıq. Bu gün “Sabah” matça yaxşı başladı. Bəzi şərtlər əleyhimizə idi. İki oyunda da qələbə qazanmışıqsa, deməli, biz daha yaxşı idik. İlk oyundakı yox, amma bugünkü qırmızı vərəqə "Sabah"ın oyununa təsir etdi".
Xatırladaq ki, "Sabah" ilk matçda da 0:1 hesabıyla uduzaraq qırmızı vərəqə aldığına görə azlıqad qalmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC