“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda qadınlardan ibarət Azərbaycan millisini də çalışdıran Siyasət Əsgərovla mövsümün sonuna qədər müqavilə bağlanıb.
Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-09-cu illərdə MOİK-də baş məşqçi, 2009-10-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-12-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət yığmada məşqçi, 17 yaşadək qızlardan ibarət millidə baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.
Onu da bildirək ki, Əsgərov “Neftçi” ilə yanaşı, qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC