“Debütüm portuqaliyalı həmkarımın zədələnməsi nəticəsində oldu. İlk oyunum idi, əlimdən gələni etməyə çalışdım. Nə dərəcədə uğurlu alındı-alınmadı, bunu məşqçilərimiz deyə bilər”.
Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in qapıçısı Məmməd Hüseynov deyib.
O, Misli Premyer Liqasının II turunda “Qarabağ”la səfər matçında 24-cü dəqiqədə Rojerio Santosun çiynindən xəsarət almasından sonra onun yerinə meydana daxil olması nəticədində nəinki yeni klubunda, ümumiyyətlə, Premyer Liqada debüt edib. Özü də bu, ona tanış olan klubda, tanış olan arenada baş verib. Axı, 25 yaşlı Hüseynov “Qarabağ”ın yetirməsidi: “Sadəcə, ilk oyunum olduğu üçün fərqli hisslər idi. Bu da bir müddətlikdi, daha sonra futboldu, həmişə oynadığımız futbol. Dəyişən bir şey olmadı. İndiyədək "Qarabağ"da, “Zirə”də əsas komandanın üzvü olsam da, heyətlərində yalnız yoldaşlıq görüşlərində oynamışdım. Rəsmi matçım ilk dəfə oldu. Olduğum klublarında ikinci komandalarında çıxış etmişəm, hər halda, oyun praktikam olub. Premyer Liqada debütüm yəqin, bu gün qismət imiş".
Debütündə 3 qol buraxsa da, heç bir səhvi olmayan, bir sıra qurtarışları olan, ümumilikdə yaxşı, inamlı təsir bağışlayan Məmməd “Kəpəz”ə gəlişində həlledici amildən söz açıb: “Dediyim kimi, indiyədək komandalarım ”Qarabağ"la “Zirə” olub ki, heç birində rəsmi matçda şans tanımamışam. “Kəpəz”də isə şans tapacağımı düşündüm. Ona görə də bu kluba keçdim".
Hüseynov bunadək U-17, U-19 yığmalarımızn üzvü olub, “Qarabağ”ın U-19-unun heyətində UEFA Gənclər Liqaısnda iştirak edərək “Çelsi”, “Atletiko”, "Roma"ya qarşı oynayıb. Ondan bundan sonra kölgədə qalması haqda da soruşduq: “Bunda əlaqələndirdiyim bir şey yoxdu. Bu, futboldu, hər an hər şey ola, dəyişə bilir. Dünya futbolunda görürsən ki, tanınmış futbolçularda birdən eniş, birdən də yüksəliş olur. Mənimlə bağlı də hər hansı səbəb yoxdu. Onu deyə bilirəm ki, ruhdam düşməmişəm və əlbəttə ki, bundan sonra hələ Premyer Liqada öz sözümü deyə bilərəm. Komanda yoldaşım əcnəbidi, yaxşı anlaşırıq. Ünsiyyətimiz çox yaxşıdı. O da öz üzərində çalışır, mən də. Bir komandayıq. Əlbəttə ki, əsas sheyətdə oynamaq üçün rəqabət məsələsi var. İkimiz də çalışırıq ki, əlimizdən gələnin ən yaxşısını edək”.
Hüseynov “Kəpəz”in cari mövsümdə hədəflərinə də toxunub: “Belə deyim ki, komandamız yeni yığılıb. Bu üzdən istər-istəmz oyunçuların anlaşması bəlkə o dərəcədə yaxşı deyil. Düşünürəm ki, o da zamanlıa düzələcək və hər şey çox daha yaxşı olacaq. Qarşıda Qərb derbisi var və çalışacağıq ki, ilk xalımızı ”Turan Tovuz"la ev matçında qazanacaq".
Xatırladaq ki, Gəncə klubu “Qarabağ”a 0:3, ilk turda isə "Sumqayıt"a səfərdə 0:2 hesabıyla uduzaraq qol da vurmayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC