"Zirə" müraciət etdi, "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirildi

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Belə ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.

"Zirə" Konftans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.

Xatırladaq ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC