Xorvatiyanın “Osiyek” klubunun kapitanı Vedran Yuqoviç “Zirə”yə qarşı Bakıda keçirilmiş Konfrans Liqasının III təsnifat mərhələsinin turunun cavab oyunundakı məğlubiyyəti (2:2, penaltilər – 1:2, ilk oyun 1- 1) şərh edib.
Presssport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi mərhələni keçə bilməmələrini bununla əsaslandırıb: "Zirə"yə qarşı hər iki görüşdə də son dəqiqələrdə qol buraxdıq. Nə deyəcəyimi bilmirəm. Danışmaq çətindi. 90-cı dəqiqədə 16 metrdən “qayçı zərbəsi” ilə qol vurdular... Bizim üçün asan deyil. Qarşılaşmaya baxanlar gördülər ki, biz hamımız əlimizdən gələni etməyə çalışdıq. Üstünlük bizdə idi. Görünürdü ki, hər şey də bizim tərəfimizdəydi, bizə qol vurmaq çətin olacaq. Bunun baş verməsinin yəqin ki, bir səbəbi var. Hər şeyi təhlil etməliyik. Bizim uşaqlar mübarizə sayəsində hər şeyi meydanda qoydu, komandanın yarısı matçdan sonra göz yaşlarını saxlaya bilmədi".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC