Berdıyev hələ çox çalışmalı olduqlarını deyir: "Liderliyimizin komandaya əlavə güc və motivasiya verə biləcəyini düşünmürəm"

"Turan Tovuz" Misli Premyer Liqasının III turunda "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə görüşlə bağlı düşüncələrini bölüşüb.

- Qələbədən çox məmnun qaldım. Oyunun yaxşı və pis hissələri var idi. Hələ çox çalışmalıyıq. Futbolçularımı təbrik edirəm.

- Tural Bayramlını hər dəfə eyni vaxtda - 60-70-ci dəqiqələrdə əvəzləyirsiniz. 90 dəqiqə oyunamağa gücü çatmır?

- Fiziki cəhətdən hazırdı. Digər oyunçulara da şans vermək üçün belə addım atırıq.

- Bu gün Qerbi olduğunu hiss etdiniz?

- Bəli. Azarkeşlərdən də bunu hiss etmək olurdu.

- Oyunda nədən narazı qaldınız?

- Hər şeydən əvvəl psixoloji baxımdan narazı qaldım. Çünki hesab 2:0 olandan sonra futbolçular rahat oynamağa başladı. Buna görə deyirəm ki, üzərində işləməli olduğumuz məqamlar var.

- 3 turdan sonra lidersiniz. Bu, komandaya əlavə güc və motivasiya verə bilər?

- Belə olacağını düşünmürəm. Müzakirələr zamanı futbolçulara səhvlərini göstəririk. Bu səhvlərin üzərində işləməliyik.

- Hələ ki qollarınızı hücumçular vurmayıb. Otto Con fərqlənməkdə çətinlik çəkir. Komandaya yeni hücumçu cəlb olunacaq?

- Xeyr. Bizdə Aleks Souza da var. Ottoya gəlincə, bəzi məqamlarda problemlər var. Ötən mövsüm 10 qol vurub. Ona yenə inanırıq. Sadəcə, realizasiya məsələsində bir az “axsayır”. Bu, üzərimə düşən işdir və onu aradan qaldırmağa çalışacağıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC