Diniyev məğlubiyyətə yox, 1 xala layiq olduqlarını sayır: "Lüzumsuz, bəsit 2 qol buraxdıq"

"Səbail" Misli Premyer Liqasının III turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında ilk olaraq qarşılaşmaq haqda dnaışıb: “Belə oyundan sonra danışmaq çətindi. Matçın ədalətli nəticəsi heç-heçə idi. Düşünürəm ki, 1 xala layiq idik. Birinci hissədə çox qol fürsətlərindən istifadə edə bilmədik. Bəzi futbolçular təlim-məşq toplanışı keçməyib. Yorğunluğa görə 5 əvəzetməyə məcbur olduq. Buna görə də oyunun tempi bir az düşdü. Sonda konsentrasiyanı itirdik. Cərimə meydançasında rəqib oyunçunu heç kim qarşılamadı. Lüzumsuz, bəsit 2 qol buraxdıq. Məğlubiyyətə layiq deyildik”.

Diniyev yollarına davam edəcəklərinə, səhvləri minimuma endirmək üçün çalışacaqlarını söyləyib: "Komanda düzgün yoldadı. Birinci hissəyə baxanda qalib gələ bilərdik. "Sumqayıt"ın haqqına girmək istəmirəm. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi"

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC