"Sumqayıt" Misli Premyer Liqasının III turunda doğma meydanda "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq qarşılaşmanı dəyərləndirib:
- Şahin Diniyev "Zirə" ilə matçdan sonra demişdi ki, komandam 3-cü turda yaxşı oyun göstərəcək. Doğrudan da elə oldu. Şahin müəllim təcrübəli məşqçidi. Onlar ötən turda "Neftçi"yə qarşı yaxşı mübarizə aparmışdı. "Səbail" biz də daxil olmaqla bir çox komandadan xal alacaq. Oyunda gərgin mübarizə getdi. Rəqib istədiklərimizi etməyə imkan vermirdi. Futbolçularımı təbrik edirəm. Sona qədər inandılar. Bərabərlik qolunu buraxdıqdan sonra reaksiya verə bildik. Belə çətin qələbələr xeyrimizə olacaq.
- Diniyev bildirdi ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. Bu fikirlə razısınız?
- Tamamilə razıyam. Fikirləşirəm ki, bugünkü matçın ədalətli nəticəsi elə heç-heçə idi. Futbolda belə şeylər olur.
- Oyun planınızda nə alınmadı?
- Futbolçularımız həddindən artıq top itkilərinə yol verirdi. Düşündüyümüz boşluqlardan istifadə edə bilmədik.
- Yeni transferləriniz hazır deyil?
- Bəli. Ümumiyyətlə, hazırlıqdan söhbət gedə bilməz. Uzun müddətdir futbolsuz idilər. Gündə 2 dəfə fərdi məşq edirlər. Nə vaxta hazır olacaqlarını demək çətindi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC