Zaqreb "Dinamo"sunun futbolçusu Marko Pyatsanın yerli çempionatda "Şibenik"ə 3:0 hesabıyla qalib gəldikləri III tur matçını buraxmasının səbəbi müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç oyundan sonra mətbuat konfransında açıqlama verib.
Belə ki, xorvatiyalı mütəxəssis 29 yaşlı vingerin zədə səbəbindən meydana çıxmadığını söyləyib: "Cümə axşamı dabanından xəsarət aldı və ağrıları vardı. "Qarabağ"la qarşılaşmaya hazır olması üçün risk etmədik".
Xatırladaq "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində xorvatlarla ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC