"Sabah"dan ayrılan Jarl Marqaritanın yeni klubu müəyyənləşib.
Presssport.az xəbər verir ki, Kurasao millisinin üzvü olan cinah karyerasını ABŞ-də davam etdirəcək.
Belə ki, 24 yaşlı Marqarita II Liqada mübarizə aparan "Finiko Rayzinq"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin gənc futbolçuyla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.
Xatırladaq ki, Marqarita 2023/24 mövsümündə "Sabah"da çıxış edib. O, Masazır təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC