Türkiyə Super Liqasının II turu çərçivəsində keçirilən “Göztəpə” – “Fənərbaxça” matçında xoşagəlməz hadisə baş verib.
Presssport.az xəbər verir ki, İstanbul klubunun bir qrup azarkeşi oyunun 2-ci hissəsində tribunaya buraxılmayıb.
“Fənər”in prezidenti Ali Koç da azarkeşlərinə dəstək üçün həmin tribunaya yaxınlaşıb və bu zaman “Göztəpə” azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühafizəçilərin nəzarəti ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Koç yerə yıxılıb.
Baş verənlərə görə oyunda bir müddət fasilə yaranıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC