"Dinamo" Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk matçına ciddi itki ilə çıxa bilər.
Presssport.az xəbər verir ki, Marko Pyatsa komandanın məşqi zamanı ayağından zədə alaraq ölkə çempionatının III turunun "Şibenik"lə matçında (3:0) iştirak etməyib.
Xorvatiya millisinin üzvünün "Qarabağ"la oyuna kimi hazır olacağı gözlənilir. Lakin sabiq "Yuventus"lu olan təcrübəli cinah yarımmüdafiəçisinin start heyətdə meydana çıxacağı real görünmür.
Xatırladaq ki, "Dinamo" - "Qarabağ" qarşılaşması avqustun 20-də Zaqrebdə “Maksimir” stadionunda Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC