“Adi oyun epizodu idi. Rəqiblə mübarizədən sonra xəsarət aldım və bu, matçı davam etdirməyimə imkan vermədi. Əzələmdə problem yaranıb, ağrılar var”.
Bu sözləri Presssport.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Marko Yankoviç deyib.
Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabıyla qalib gəldikləri matçda hələ ilk hissədə zədələndiyinə görə əvəzlənməli olan monteneqrolu yarımmüdafiəçisinin Zaqreb "Dinamo"suyla pley-off matçlarını buraxacağı dəqiqdi. Buna görə təəssüflənən Marko komandasının Razqraddakı əzmkarlığına toxunub: “Ağır oyun idi, belə də olacağını bilirdik. ”Ludoqorets" yaxşı komandadı, biz də yaxşı hazırlaşmışdıq. Əsas bu, xoşuma gəldi ki, hamımızda yüksək motivasiya vardı. Sonradan meydana çıxan futbolçular oyuna uğurla qoşuldular ki, buna görə də sevinirəm".
Maraqlıdı ki, belə oyunçulardan biri məhz Yankoviçi əvəzləyən Patrik Andrade olub. Belə ki, həmsöhbətimizin kabo-verdeli həmkarı görüşdə dubla imza atıb: “Onun bu uğurlu çıxışına görə şadam. Çox xoşdu ki, bütün oyunçular komandanın qələbəsi, mərhələ adlması üçün əllərindən gələni etdi və yüksək hazırlıq səviyyələrini nümayiş etdirdi”.
Yankoviç Xorvatiya çempionuyla həlledici dueldən gözləntilərini də açıqlayaraq ÇL-in qrupuna düşə biləcəklərinə inamını ifadə edib: “Razıyam ki, bu, artıq tam başqa səviyyəli rəqibdi. Yaxşı istirahət edib yaxşı hazırlaşmaq önəmli idi. Zaqreb ”Dinamo"suyla qarşılaşırıqsa, bu, o o demək deyil ki, heç nə edə bilməyəcəyik. İlk oyunda yaxşı nəticə əldə etmək lazımdı ki, inşallah (bunu azərbaycanca deyir-müəllif.) Bakıdakı cavab görüşündə məqsədimizə çataq".
Xatırladaq ki, “Qarabağ”la “Dinamo”yla Zaqrebdəki görüşünü avqustun 20-də, Bakıdakı matçını bundan 8 gün sonra keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC