"Təlim-məşq toplanışı normal keçir.Hazırlıq müddəti elə də uzun deyil, lakin müəyyən yükləmələr olur. Artıq təlim-məşq toplanışında bir yoxlama oyunu keçirmişik". Presssport.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib. O, ilk yoxlama oyununda - Buxarets "Rapid"inə 2:1 hesabıyla qalib gəldikləri matçda hamının əlindən gələni etdiyini vurğulayıb: "Yoldaşlıq matçı olsa da, futbolçuların oyunundan bəlli olurdu ki, hər kəs futbol üçün darıxıb. Baxmayaraq ki, o qədər uzun fasilə olmayıb. Futbolçularda böyük istək, arzu hiss olunurdu. Oyun keyfiyyəti baxımından da məncə, yaxşı təsir bağışladıq. Əsas odur ki, qalib gəldik. Qələbə istənilən halda həmişə xoşdu. Bəsit qollar buraxmaqla bağlı səhvlərimizi aradan qaldırsaq, əminəm ki, hər şey yaxşı olacaq". Quliyev bildirib ki, rəqibin düşünülmüş, kombinasiyalı hücumundan çox az qol buraxıblar: " Öz səhvlərimizdən isə qapımızda çox qol görmüşük. Düşünürəm ki, bu da ola bilsin, konsentrasiya ilə bağlıdı. Hər birimiz matçın 90 dəqiqəsi ərzində oyuna maksimum köklənməni qoruyub saxlamalı, bunu itirməməliyik. Bunları düzəltsək, yaxşılaşdırsaq, fikrimcə itirilən xallar minimum olacaq". Qeyd edək ki, "Sabah" bu gün Ukraynanın "Vorskla" klubu ilə qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC