"Sabah çox ciddi rəqibə qarşı mübarizə aparacağıq. Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq".
Presssport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis artıq üçüncü dəfədir ki, bu turnirin pley-off mərhələsində iştirak etdiklərini xatırladıb: "Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdı. Baxmayaraq ki, bir neçə itkimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".
Qurbanov III təsnifat mərhələsində qalib gəldikləri "Ludoqorets" (Bolqarıstan) Zaqreb “Dinamo”sunun fərqli rəqiblər olduğunu söyləyib: "Xorvatlar daha təcrübəlidi, nəticə qazanmaq üçün maksimum əllərindən gələni edir. Elə bir mərhələdəyik ki, komandamız özünü daha da yaxşı hiss edir və oyundan-oyuna hazırlıqlarını bir qədər də artırırlar. Hər dəfə mərhələ adladıqca qarşımıza daha ciddi rəqib çıxır. Bu da həyəcan və məsuliyyətin artmasına səbəb olur".
Xatırladaq ki, "Dinamo" və “Qarabağ” arasında ilk matç sabah Zaqrebdəki “Maksimir” stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC