Tural Piriyev Lerik icra başçısıyla görüşüb - “Lerik”ə dəstək istiqamətləri müzakirə edilib.

Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Lerik rayonuna səfər edib.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində FİF-in icraçı direktoru Tural Piriyev Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla görüşüb. 

Görüş zamanı fondun bölgədə fəaliyyət planı və “Lerik” Peşəkar Futbol Klubuna (PFK) dəstək istiqamətləri müzakirə edilib.

Həmçinin, fondun əməkdaşları “Lerik” PFK-nın əməkdaşları ilə birgə klubun inkişaf strategiyasını müzakirə edib, əsas hədəf istiqamətlərini müəyyən edib. 

Səfər zamanı bir sıra yerli sahibkarlarla da görüşlər keçirilib.

Xatırladaq ki, “Lerik” 2-ci mövsümdü II Liqada çıxış edəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC