"Qarabağ" "Maksimir"də qol buraxmayacaq?!

“Qarabağ” Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində 3-cü dəfə iştirak edəcək.

Presssport.az xəbər verir ki, bu dəfə Zaqreb “Dinamo”suna rəqib olan Qurban Qurbanovun komandası qrupa gedən son mərhələdə ilk matda qol buraxmamağı diqqət çəkir.

ÇL-in pley-offunda debüt 2017-ci ilin avqustunda Bakıda olmuşdu. Onda ağdamlılar “Kopenhagen”i Tofiq Bəhramov adına Respublika stadionunda Mahir Emrelinin yeganə qoluyla məğlub etmişdi. Danimarka paytaxtındakı cavab görüşündə 1:2 hesabıyla uduzsaq da, həmin vaxt mövcud olan səfər qolu işimizə yarayaraq cütün qalibi olmuşduq. 

“Köhlən atlar” 2022-ci ilin avqustunda yenidən ÇL-in pley-offunda iştirak edəndə də ilk olaraq meydan sahibi idi və bu dəfə “Tofiq Bəhramov”da Çexiya “Viktoriya”sıyla qolsuz bərabərliyə qalmışdı. Səfərdə də 1:2 hesablı məğlubiyyətimiz olaraq bu dəfə ÇL-in qrupundan kənarda qalmışdıq.

Onu da bildirək ki, “Qarabağ”da ÇL-in pley-off mərhələsində qol müəlliflərindən heç biri hazırda heyətində deyil. Bunlar Mahir Emreli, Dino Ndlovu və Filip Ozobiçdi. Mahir yaxınadək Zaqreb təmsilçisinin futbolçusu idi ki, onunla müqavilə pozulayarq yollar ayrıldı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC