Paris-2024-də iştirak edəcək parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək parataekvondo millisi ilə görüş olub.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda ATF-nin vitse-prezidentləri Hikmət Səmədov, Niyaməddin Paşayev və baş katib Rüstəm Bağırlı lisenziya qazanmış idmançıların son durumu ilə maraqlanıb, onlara yarışda uğurlar arzulayıb.

Komandanın baş məşqçisi Fərid Tağızadə parataekvondoçuların yaxşı formada olduğunu bildirib, turnirdən gözləntilərini açıqlayıb. O, Paris-2024-ə hazırlıqların yüksək səviyyədə keçdiyini və federasiyanın onlar üçün bütün lazımi şəraiti yaratdığını vurğulayıb.

Parateekvondoçular da oyunlarda uğurlu çıxışa inandıqlarını, Fransada Azərbaycan himnini səsləndirməyə çalışacaqlarını deyib.

Onu da bildirək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq. K-44 kateqoriyasında yarışacaq parataekvondoçularımız Parisə avqustun 21-də yollanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC