"Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu" - millimizin oyunçusu

“Təsnifat mərhələsində ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli voleybolçular çox idi və onlar görüşün həlledici anlarında komandalarına kömək etdi. İlk hissədən fərqli olaraq ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik. Çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu"

Presssport.az xəbər verir ki, bunu Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Azərbaycanın kişilərdən ibarət yığmasının blokçusu Ramazan Ağabəyov Avropa çempionatının təsnifat mərhələsində keçirilən Avstriya ilə oyun barədə danışarkən deyib.

O, növbəti qarşılaşmada qalib gəlmək istədiklərini söyləyib: "Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya ilə matçdan sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, AVRO-2026-nın təsnifat mərhələsinin B qrupunda mübarizə aparan yığma səfərdə keçirdiyi ilk oyunda Avstriyaya 0:3 hesabı ilə məğlub olub. Komanda növbəti matçını avqustun 24-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Belçikaya qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC