"Neftçi Arena" "Qarabağ"la oyuna qədər tam hazır olacaq.
Presssport.az xəbər verir ki, bu haqda "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli keçirdiyi mətbuat konfransında məlumat verib.
O, stadionun ot örtüyü ilə bağlı vəziyyətə aydınlıq gətirib: "Neftçi Arena"nın qazonunun durumu qənaətbəxş deyil. Stadion AFFA-nın balansındadı, ancaq yatırım edirik. Hazırda ot örtüyü üzərində iş gedir. Ciddi irəliləyiş var. 2021-ci ildən sonra yalnız kiçik bərpa işləri olub. Təbii hava keçidi arenada yaxşı deyil. Yay aylarında ot örtüyündə problemlər yaşanır".
Əsfərli inşasına uzun müddət çəkən yeni baza haqda da bilgi verib: “Artıq baza istifadəyə verilib. Obyektin ikinci mərtəbəsində iş gedir. Media nümayəndələrini də oraya dəvət edəcəyik”.
Xatırladaq ki, "Neftçi" öz stadionu təmirə bağlandığına görə yalnız VII turda "Qarabağ"ı orda qəbul edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC