Əfsərli nikbin yanaşır, komandadan gözləntiləri böyükdü: "Meydanda yaşananlara baş məşqçi cavabdehdi"

"Meydanda yaşananlara baş məşqçi cavabdehdi, o cavab verə bilər. Sualları matçlardan sonra ona ünvanlaya bilərsiniz. Klubun fəaliyyətini mətbuata çatdırmaq vəzifə borcumdu. Digər məsələlərlə bağlı məndə dolğun informasiya olduğu üçün cavablandıra bilərəm. Baş məşqçi nəticələrə görə cavabdehdi. Mövsümün sonundakı mümkün uğursuzluq isə hamımıza aiddi".

Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında deyib.

O, nəticələrin ürəkaçan olmadığını və bunun klubda hamını narahat etdiyini vurğulayıb:

"Amma bir az vaxt lazımdı. "Sabah"la sonuncu turun matçında meydana çıxan yeni futbolçular var idi. Şəxsən mənim komandadan gözləntilərim böyükdü, nikbin yanaşıram. Klubun bütün fəaliyyətinin içindəyəm. Hamı öz işini həyata keçirir. Baş məşqçimiz demək olar ki, 24 saat çalışır. Əvvəl gördüyü işlər də göz qabağındadı. Onun nəyə qadir olduğunu bilirik. Ümid edirəm ki, növbəti matçlarda azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında 3 turdan sonra qələbə qazanmayaraq, 2 xalla 7-ci pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC