"Fənərbaxça" sabiq "Neftçi"li üçün təklifini 12 milyon avroya yüksəltdi

"Fənərbaxça" qış “transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalmış hücum xəttini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Presssport.az xəbər verir ki, İstanbul təmsilçisi “Neftçi”nin sabiq futbolçusu Mateus Saldanyanın keçidini tamamlamaqda israrlıdır.

Belə ki, türklər 24 yaşlı braziliyalı hücumçu üçün təklifini növbəti dəfə artırmağa hazırlaşır. Öncə 6 milyon, sonra 8 milyon avroluq təklifi rədd edilən "Fənərbaxça" Saldanyanın hazırda çıxış etdiyi Serbiyanın "Partizan" klubuna 12 milyon avroluq təkliflə müraciət edəcək.

Xatırladaq ki, Mateus 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında "Neftçi"də keçirərək meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC