Ancelkoviç "Zirə"ni yox, Bakını seçdi: "Karyeramın ən çətin anı Azərbaycanda olmuşdu"

“Zirə”nin sabiq legioneri hazırda Rusiyanın “Ximki” klubunun şərəfini qoruyan Nemanya Ancelkoviç Azərbaycandakı karyerasından bəzi epizodlarını xatırlayıb.

Presssport.az xəbər verir ki, Moskvaətrafı təmsilçisinin rəsmi saytına danışan serbiyalı müdafiəçi ölkəmizdə yaşadığı çətinliklərindən bəhs edib: "Dil baryeri? Rus və serb dilləri çox oxşardı. Rus dilini hələ Bakıda olanda öyrənməyə başlamışdım. İndi mənim üçün daha asandı. Karyeramın ən çətin anına gəlincə, Azərbaycanda oynayanda ayağım sınmışdı. Bu, 2021/22 mövsümü idi. Nəticədə 5 ay futboldan kənarda qaldım. Çox çətin vaxt idi - ilk növbədə psixoloji cəhətdən. Fikirlər beynimdə daim fırlanırdı. Amma geri döndüm və buna görə şadam".

Ancelkoviç “Zlatibor”, yoxsa “Zirə”?, Bakı, yoxsa Tolyatti?” suallarına isə belə cavab verib: “Zlatibor”u seçərdim. Çünki karyerama orda başlamışam. Bakı ilə Tolyattini müqayisə etsək, Bakını seçərdim”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC