"Güclü rəqibə qarşı mübarizə apardıq. Çətin oyun keçdi. "Dinamo" əlinə düşən fürsətlərdən maksimum yararlandı. Biz isə vacib məqamda düzgün qərarlar verə bilmədik. Lakin bizi qarşıda cavab matçı gözləyir".
Presssport.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç Çempionlar Liqasının pley-off mərhələsində Zaqrebdə yerli “Dinamo”ya 0:3 hesabıyla uduzduqları matç haqda deyib.
Onun fikrincə, həmyerliləriylə Bakıdakı cavab görüşündə 3 top fərqini aradan qaldırmaq üçün xarakter göstərməlidirlər: "İnanıram ki, lazımı nəticəni əldə edəcəyik. Əsas heyətdə nə qədər meydana çıxacam? Bu barədə fikrim yoxdu. Baş məşqçi hansı qərarı qəbul etsə, razılaşacam. Qapıçı mövqeyində zədəli futbolçumuz var idi. Bu səbəbdən yeni transfer edilib".
Xatırladaq ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələndiyindən, ağdamlılar polşalı Mateuş Koxalskini transfer edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC