İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Presssport.az xəbər verir ki, mundialın 3-cü günündə qızlardan ibarət millinin 2 üzvü mübarizəyə qoşulub.
Esra Məmmədli (49 kq) 1/8 finalda qırğızıstanlı Feruza Akmatbekova üzərində inamlı qələbə qazanıb – 8:1. Güləşçimiz macarıstanlı Sonya Nemetə də 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Məmmədli finalın bir addımlığında yaponiyalı Utaha Yui ilə bacarmayıb – 0:9. Esra sabah bürünc medal uğrunda güləşəcək. Rəqib Polina Boçkaryova (Rusiya) – Fəridə Abdraxmanova (Qazaxıstan) görüşünün qalibi olacaq.
Fidan Babayeva (57 kq) isə debütdə belaruslu Palina Brahinetsə 0:2 hesabıyla məğlub olub.
Sabah daha 4 qız güləşçimiz dünya çempionatında xalça üzərinə çıxacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC