"Şanslarımızı Bakıya saxlamaq istəyirik" - Rəşad Sadıqov

"Bizi çox vacib və maraqlı oyun gözləyir. Artıq iki aya yaxındı avrokuboklarda çıxış edirik. Sabah pley-off mərhələsinin ilk oyununa çıxacağıq. Rəqibimiz keyfiyyətli və təcrübəli komandadı".

Presssport.az verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının pley-off mərhələsində Kipr "Omoniya"sı ilə səfərdəki ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Nikosiya klubunun Azərbaycan futbol camiəsinə tanış rəqib olduğunu vurğulayıb: İstər “Qarabağ”, istərsə də “Qəbələ” ilə oyunlardan bu komandanı xatırlayırıq. Son dönəmdə məşqçi heyətlərində dəyişiklik baş verib. Bir neçə yeni transferləri var və bu, komandanın oyununda hiss olunur. Azarkeşləri maraqlı və gərgin oyun gözləyir.

Yerimdə kim olsa, işini görəcək, müəyyən danışıqlar aparacaq. Futbolçular da vəziyyəti dərk edir, necə vacib görüş olduğunu bilir".

Sadıqovun fikrincə, pley-off əvvəlki mərhələlərdən fərqlənir: "Bizi ilk olaraq sabahkı 90 dəqiqə maraqlandırır ki, səfərdə uğurlu çıxış edə bilək. Şanslarımızı Bakıya saxlamaq istəyirik. İnşallah, cavab oyununda doğma azarkeşlərimiz qarşısında istədiyimiz nəticəni əldə etmək və mərhələni adlamaq istəyirik. Bununla bağlı iş gedir. İnşallah, nəticəsini də sabahkı oyunda görərik".

Xatırladaq ki, sabahkı görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC