Qara Qarayev "Neftçi"də əvəzedici komandaya göndərilməsinə reaksiya verdi: "Ümid edirəm ki, qərar qəbul edənlər..."

“Neftçi”nin əvəzedicilər komandasına göndərilən təcrübəli futbolçusu Qara Qarayev sosial media hesabında paylaşım edib.

Presssport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi paylaşımında azarkeşlər, Kütləvi İnformasiya Vasitələri və futbol icmasına səslənib: “Dəstəyinizə və xoş sözlərinizə görə hər kəsə təşəkkür edirəm. Futboldakı karyeram həmişə sevdiyim idmana olan hörmət və fədakarlıq ilə bağlı olub. Azərbaycan futboluna canımı və ürəyimi vermişəm və illərdir verdiyim töhfəmin sual altına alınmasını görmək məni ruhdan salmır. Əksinə, öz yoluma və sizlərə sadiq qalıram və komandamı dəstəkləməyə və bacardığım qədər töhfə verməyə davam edəcəm.

Ümid edirəm ki, qərar qəbul edənlər təcrübənin dəyərini və uzun müddət xidmət edən oyunçuların layiq olduqları hörməti dərk edəcək. Diqqətim idmanımızın müsbət tərəflərinə və Azərbaycan futbolunun gələcəyinə yönəlib.

Futbola olan bağlılığım dəyişməzdir və üzərimə düşən hər rolda ən yaxşı şəkildə çalışacam. Hər bir çətinliyin yeni bir böyümə və müsbət təsir imkanı gətirdiyinə inanıram”.

Xatırladaq ki, "Neftçi"nin ukraynalı yeni baş məşqçisi Roma Qriqorçuk Qaraya əsas heyət oyunçusu kimi baxmadığını deyib və bunu mətbuata da açıqlayıb.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC