"Araz-Naxçıvan"ın zədəlilərinin son durumları necədi? - AÇIQLAMA

"Zədəlilərimizin vəziyyətləri kafidi. Orxanda bir az ciddi görünür. Amma İsmailin durumu yaxşıdı, hər şey qaydasındadı". Bu fikirləri Presssport.az-a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. Naxçıvan klubu paytaxtdakı hazırlıq mərhələsi çərçivəsində "Zirə"ylə "Dalğa Arena"dakı yoxlama matçında (1:2) birdən-birə 2 futbolçusunu zədə üzündən itirdi. Bunlar belçikalı yarımmüdafiəçi İsmail Azzauiylə komandanın bombardiri olan hücumçu Orxan Əliyevdi. Bağırovun sözlərinə görə, Azzaui Bakıya qayıdandan sonra fərdi məşqlərə başlayacaq və getdikcə komanda hazırlığına qoşulacaq: "Orxanda da sözün açığı, böyük bir problem yoxdu. Lakin İsmailə nisbətən vəziyyəti fərqlidi. Əliyev də 1-2 günə məşqlərimizə qatılacaq. Qış fasiləsindən sonra ilk turun hazırlığında hər ikisi iştirak edəcək. Qalan futbolçularımızda şükürlər olsun ki, bir problem yoxdu". Xatırladaq ki, hazırda Qəbələdə təlim-məşq toplanışında olan Muxtar Respublika təmsilçisi III dövrəyə yanvarın 23-də "Qarabağ"la səfər matçıyla başlayacaq. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC