“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının pley-off mərhələsində İsveçrədə yerli “Yanq Boyz”a 2:3 hesabıyıa uduzduqları matçda hakimlikdən narazı qalıb.
Presssport.az xəbər verir ki, 51 yaşlı türkiyəli mütəxəssis avqustun 27-də İstanbulda olacaq cavab görüşünə azərbaycanlı hakimlərin təyin olunmasını istəyib: "Tribunadan baxarkən hakimin idarəçiliyi məni çox narahat edirdi. Həmişə oyunu dayandırırdı. Hətta kart yazması da təxminən 1 dəqiqə çəkirdi. Almaniya kontonunun komandası ilə oynayırıq. İsveçrəyə alman hakim gəlir. İnşallah, 2-ci oyuna da azərbaycanlı hakim təyin edərlər və vəziyyəti bərabərləşdirərik".
Xatırladaq ki, ilk matçı Almaniyadan Daniel Zibert idarə edib və o, son dəqiqələrdə “Qalatasaray”ım müdafiəçisinə qırmızı vərəqə göstərib, qapısına penalti təyin edib. İsveçrəlilər həmin 11 mertlik cərimə zərbəsindən qələbə topuna imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC