Kiprin “Omoniya” klubuunun futbolçusu Velko Simiç bu gün Nikosiyada Konfrans Liqasının pley-off mərhələsinin “Zirə”yə qarşı keçiriləcək ilk oyunu haqda danışıb.
Presssport.az xəbər verir ki, Simiç bu gün onlar keyfiyyətli rəqiblə oyun gözlədiyini vurğulayıb: “Qarşıda bizi çətin oyun gözləyir. Amma qəti şəkildə inanıram ki, öz oyunumuzu oynasaq, uğurlu nəticə qazanacağıq. Müsbət nəticə üçün nə etmək lazımdı? İndiyə qədər etdiyimiz kimi oynamağa davam etməliyik. Müdafiədə inamlı oynayıb, hücumda yaradıcı və dinamik olmaq lazımdı”.
O, azarkeş amilinə də toxunub: "Bu gün stadionun tam dolacağını gözləyirəm. Bu da bizə turnirin əsas mərhələsinə keçməyinə kömək ola bilər".
Xatırladaq ki, komandalar arasında GSP stadionunda matç saat 21:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC