Gürcüstan millisinin və "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ata olub.
Presssport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb.
Beləmki, Xviçanın oğlu dünyaya gəlib. Futbolçu övladına Damian adını verib və paylaşımında yazıb: “Həyatımın ən xoşbəxt günü - 21 avqust 2024-cü il. Xoş gəldin, Damian Kvaratsxeliya”.
Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya Azərbaycan millisinin sabiq üzvü olub. O, ailədə böyük övladdı və 59 yaşlı atasını baba edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC