Rəşad Sadıqov əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamadıqlarını hesab edir: "Bu gün rəqibdə hər şey alınırdı, bizdə isə heç nə"

"Zirə" Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Omoniya"ya 0:6 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına oyunu şərh etməyin çətin olması fikriylə başlayıb: "Futbolda belə oyunlar olur. Rəqibdə hər şey alınır, səndə isə heç nə. Matçın startından bu ssenari getdi. Rəqib cərimə zərbəsini dəqiq yerinə yetirdi. Sonra gözlənilməz penalti, ilk hissənin son dəqiqələrində buraxdığımız qol... Artıq bundan sonra oyunu dəyişmək çətin idi. 6 qoldan 4-ü standart vəziyyətlərdən vurulub. Yenə deyirəm ki, bu gün rəqibdə hər şey alınırdı, bizdə isə heç nə.

Maraqlıdı, azarkeş təzyiqinin təmsilçisimizin oyununa təsiri oldu? Sadıqov hesab edir ki, bu gün "Omoniya"nın azarkeşləri qələbədə böyük pay sahibi idilər: "Bu, üzərimizdə müəyyən basqı yaradırdı. Əslində, ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Bundan sonra gözlənilən o idi ki, oyun bərabərləşəcək. Cərimə zərbəsindən sonra rəqib daha inamlı oynamağa, azarkeşlər daha çox dəstək olmağa başladı. Basqının qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamamışdıq. Səviyyə olaraq "Omoniya"nı "Osiyek"lə eyni tutardım. Bəlkə "Omoniya" hücumda daha sürətli idi. Bu gün hər şey rəqib üçün uğurlu oldu. Bizim üçün isə tam əksi. Belə olan halda bu cür acınacaqlı məğlubiyyətlər qaçılmaz olur".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC