Azərbaycanın ağırlıqqaldırma millisi Qazaxda təlim-məşq toplanışındadı.
Presssport.az Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində məskunlaşan idmançılar qarşıdakı beynəlxalq yarışlara hazırlaşır.
AAF-nin vitse-prezidenti Firdovsi Umudov yığmanın düşərgəsinə baş çəkib. O, məşqçilər heyəti və idmançılarla görüşüb, onların problemləri ilə maraqlanıb.
Məşqi izləyəndən sonra Umudov iclas keçirib, federasiya rəhbərliyinin komandanı daim diqqətdə saxladığını, onlara inandığını bildirib, qarşıdakı yarışlarda uğurlu çıxış arzulayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC