"Belə olan halda, "Qarabağ" eyforiyaya, “Dinamo” isə panikaya düşə bilər - Vahid Halilociç

Zaqreb “Dinamo”sunin sabiq baş məşqçisi olan bosniyalı mütəxəssis Vahid Halilociç Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Zaqreb klubunun “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib.

Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0-ün əla nəticə olduğunu söyləyib: “Amma etiraf etməliyik ki, rəqibin də qol vurmaq üçün 3-4 əla fürsəti var idi. Sadəcə, “Qarabağ” bundan istifadə edə bilmədi. Cavab oyunu öncəsi 3:0 böyük üstünlükdü. İnanıram ki, bu nəticə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa kifayət edəcək. Halilociçin fikrincə, “Qarabağ” yaxşı komandadı, topa əla nəzarət edir, çox texniki və sürətlidi: ”İlk oyunda bir az risk etdilər, “Dinamo” bundan məharətlə yararlandı. Xorvatiya çempionu bu üstünlüyü əldən verməməlidi. Baxmayaraq ki, “Qarabağ” cavab matçının ilk hissəsində 1-2 qol vurarsa, çətin olacaq. Belə olan halda, onlar eyforiyaya, “Dinamo” isə panikaya düşə bilər. Amma inanıram ki, “Dinamo” keçəcək və onları Çempionlar Liqasında görəcəyik".

Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 28-də Bakıdakı Tofiq Bəhramov adına stadionda saat 20:45-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC