Qadın futbolçulardan ibarət “Neftçi” komandasının Çempionlar Liqasının I mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Presssport.az xəbər verir ki, UEFA sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq görüşü Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edib.
Belı ki, matçda baş hakim kimi Yelena Kumer (Xorvatiya) fit çalacaq. Ona yan xətdə Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya) kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.
Pnu da bildirək ki, “Sankt-Pölten” – “Neftçi” qarşılaşması saat 18:00-da başlayacaq
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC