Azərbaycan cüdo milli komandasının üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunub.
Azərbaycan Cüdo Federasiyasından Presssport.az-a verilən məlumata görə, Gültacda sol çiynindəki zədə səbəbindən Latarjet əməliyyatı, Yaşarda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcanda Akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və Endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.
Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.
Xatırladaq ki, hər 4 tatami ustası ölkəni Paris 2024 Yay Olimpiya Oyunlarında təmsil edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC