"Kəpəz" Misli Premyer Liqasının IV turunda səfərdə "Səbail"ə 0:4 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüşü dəyərləndirib.
- Belə oyunlardan sonra danışmaq ağırdı. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdı. O vaxtı qazana bilsək... Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir.
- Yaydakı fasilədə digər komandalar çempionata hazırlaşırdı. "Kəpəz" nə edib?
- Sıfırdan yığılan komandaya ayyarım bəs etmir. Vaxt lazımdı. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdi, daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək.
- 360 dəqiqəyə qol yoxdu. Bu nə ilə əlaqədardı?
- Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidr ki, qol buraxmasın. Bunları görürük.
- Toparlanmaq üçün zamana ehtiyacınız var dedinizz. Vaxt dolana qədər qalacaqsınız "Kəpəz"də, yoxsa bezib gedəcəksiniz?
- Ən asan şey qaçmaqdı. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə Premyer Liqada oynayacağıq. Qaçmaq qorxaqlıqdı. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.
- Transferlər üçün klubun pulu var?
- Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarırlar. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram.
- Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansınız?
- Qətiyyən! "Kəpəz" tarixi klubdu, tarixdə çox uğur qazanıb. Bu, mənə bəs edir.
- Transferlər etməli olduğunuzu dediniz. Rəhbərlik yayda yatmışdı?
- Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC